Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi” doğma meydanında "Qarabağ”ı qəbul edib. Oyun "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyundan sonra "Qarabağ”ın futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:
-"Neftçi”yə məğlubiyyət sizin üçün sürpriz olmadı?
-Yox, sürpriz demək olmaz. Sadəcə, futbolda bu cür nəticələrlə üzləşə bilərsən. "Neftçi” də zəif komanda deyil. Oyunumuz alınmadı. Nədənsə qol imkanları yaratmaqda çətinlik çəkirdik. Bunun əvəzində isə "Neftçi” cərimə zərbəsindən baxımlıqol vurdu.
-Bu dəfə sizi fərqli mövqedə - müdafiənin sol cinahında gördük. Tez-tez mövqe dəyişmək sizi narahat etmir?
-Bu baş məşqçimizin qərarı idi. Məndə əlimdən gələni etməyə çalışdım.
-Rəşad Sadıqovun yoxluğunda kapitan sarğısı sizə həvalə olunmuşdu. Məğlub oldunuz. Deyəsən, katitan sarğısı sizə düşmədi...
-Belə düşünmürəm. İlk dəfə idi ki, Kapitan olduğum oyunda məğlub oluruq. Bunun düşər-düşməzliyi ilə heç bir əlaqəsi yoxdur.
-Kapitan kimi işinizin ohdəsindən layiqincə gəldiyinizi düşünürsüz?
-Açığı,hər oyunda yaxşı oyun göstərmək mümkün deyil. Elə hallar olur ki,yaxşı çıxış edirsən.Bəzən isə oyunun alınmır. "Neftçi”ilə oyun fikirləşdiyimiz kimi keçmədi.
-Müsahibələrinizin birində bildirmişdiniz ki, Rəşad Sadıqov kapitan kimi meydanda çox danışır. "Neftçi”ilə oyunda kapitan olsanız da danışmırdınız...
-Bəzən elə oyun olur ki, danışmağın xeyri olmur. Rəqibə hücum etmək imkanı vermədik. Müdafiənin mərkəzində olanda arxadan komanda yoldaşını yaxşı görə bilirsən. Mən solda oynadığım üçün yalnız qarşımdakı oyunçunu görürdüm. Meydanın bir tərəfindən o tərəfinə Ilqar Qurbanov və Əfran İsmayılova necə qışqırım? Mövqeyim elədi ki, orda hər kəslə əlaqə qurmaq çətindi.
-"Neftçi”nin sol cinah oyunçusu Aylton tez-tez hücuma keçirdi. Belə olan halda Ilqar Qurbanov boşluqlar yaxalasa da, istifadə edə bilmirdi. Sağda siz oynasaydınız bu imkanlardan necə yararlanardız?
-Aylton hücumlara qoşulmağı sevən oyunçudu. Bunu yaxşı bilirdik. İlqar özü də, hücumameyilli oyunçu olduğu üçün irəli çox çıxırdı. Belə olan halda isə Aylton kimi müdafiəçi də problem yaşayırdı. Sadəcə, iki epizodda vurduğumuz qollar oyundankənar vəziyyət kimi dəyərləndirildi.
-Həmin epizodlarda oyundankənar vəziyyət var idimi?
-Mən arxada olduğum üçün tam aydın görə bilmirdim. Yəqin ki, bu ekran qarşısından daha yaxşı görünər.
-Hakimlikdən razı qaldınız?
-Gəlin bu suala cavab verməyim.
-Avropa Liqasının qrup mərhələsində "Anderlext”lə oyununuz var. Bu matçdan nə gözləmək olar?
-Özümüzə inanırıq. Şansımız da var. Bundan maksimum yararlanmağa çalışacağıq. Sadəcə, dərk etməliyik ki, hansısa birinci liqa komandasına yox, "Anderlext”ə qarşı oynayacağıq.