AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu daha beş oyunluq cəzalandırıb.
Newsport.az-ın məlumatına görə, buna mütəxəssisin “Şahdağ Qusar”la oyunda hakimləri təhqir etməsi səbəb olub.
Onun cəzasının üzərinə daha beş matç əlavə edilib. Komitə aprelin 18-də də eyni səbəbdən baş məşqçini beş oyunluq cəzalandırmışdı.
"Şəmkir"in futbolçuları isə "Şimal"la qarşılaşma bitdikdən sonra paltardəyişmə otağının qapısını sındırıblar. Dəymiş ziyan "Şəmrik" klubu tərəfindən ödəniləcək.