"Kəpəz"in "Xəzər Lənkəran" üçün hazırlıq planı

Xəbər verdiyimiz kimi, "İnter”lə Gəncədə keçirilən oyundan sonra "Kəpəz”in üzvləri iki günlük istirahətə buraxılıb. Futbolçulara kubok oyunu öncəsi dincəlmək imkanı yaradan məşqçilər korpusu komandanı bu gün toplayacaq.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-göylər”in bu gün keçiriləcək məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq.
 
Dekabrın 1-də isə "Kəpəz” Lənkərana yollanacaq. Nizami yurdunun təmsilçisi Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə "Xəzər Lənkəran”la üz-üzə gələcək. "Qala” otelində məşkunlaşacaq komanda oyunun reallaşacağı arenada həm gün matç öncəsi son məşqini də keçirəcək.
 
Xatırladaq ki, "Xəzər Lənkəran” – "Kəpəz” oyunu dekabrın 2-də saat 17:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right