"Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxmışdı. Bunun üçün də, meydanda top uğrunda sonadək mübarizə gedirdi. Çətin oyun idi. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Bəzən elə olur ki, oyunumuz alınmır. Bu qarşılaşma da elə oyunlarımızdan biri idi.
Newsport.az-ın məlumatına görə, bu sözlər "Qarabağ”ın futbolçusu Elvin Məmmədova məxsusdur. Məmmədov Azərbaycan Premyer Liqasının XIV turu ərçivəsində "Neftçi”yəməğlub olduqları (1-0) oyundan sonra bu fikirləri bildirib.
Təcrübəli yarımmüdafəçi matçın sonraına yaxın "Neftçi”nin yaxşı müdafiə olunduğunu da bildirib: "Neftçi” bizimlə oyuna çox yaxşı hazırlaşmışdı. Bunu oyunları ilə sübut etdilər. Rəqib qarşılaşmanın sonlarına yaxın təmami ilə müdafiəyə çəkilmişdi. Bu isə bizi istədiyimiz kimi imkan vermirdi.
Məmmədov hakimin oyunu tez-tez saxlamasından və mübarizəyə imkan verməməsindən də danışıb: "Oyunun gedişində hakimə etiraz etdim. Çünki futbolçuların hər toxunuşunu qayda pozuntusu kimi dəyərlədirirdi. Belə hadisələr olur.”
Elvin "Neftçi”yə məğlubiyyətin şişirdiləsi məsələ olmadığını da bildirib: "Neftçi”yə məğlubiyyəti şişirtmək lazım deyil. Baş məşqçimiz "Tottenhem”lə oyundan sonra komandanın bəzi futbolçularına istirahət vermişdi. Qara Qarayev və Rəşad Saqıqov meydanda yox idi. Riçard Almeyda meydana sonradan daxil oldu. Bu, oyunumuza təsir etsə də, heyətimiz genişdir. Hər bir futbolçunun oynamaq üçün şansı olmalıdır”.