Qurban Qurbanov: “Finalda bizi çox ağır oyun gözləyir”

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” (3:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Gərginlik və yorğunluq olmasına baxmayaraq, sona qədər təmkinli oyun keçirdilər. Elmara və komandasına uğurlar arzulayıram. Azarkeşlərə də təşəkkür edirəm.

– Sanki ilk hissədə oyununuz alınmadı. Bunu nə ilə əlaqələndirirsiz?

– Öncə rəqibin oyununu təhlil etmək lazım idi. Çünki biz 1:0 geridə idik. Rəqib isə çox yaxşı müdafiə olunurdu. İstər-istəməz ilk yarıda top itkiləri daha çox oldu. İkinci hissədə isə biz təzyiqi artırdıq və qollarımızı vurduq. Ümumən kubok oyunları çempionat oyunlarından çox fərqlidir. Bu gün də bunun şahidi olduq.

– Finalda hansı komanda sizin üçün daha arzuolunandır?

– Belə bir düşüncəm yoxdur. Sadəcə onu deyə bilərəm ki, finalda nəticəyə alışıb-yanan komanda olacaq. Bizi çox bərk, çox ağır oyun gözləyəcək. Hər iki komandaya uğurlar arzu edirəm. İstərdim ki, hər ikisi avrokuboklarda iştirak etsinlər. Çünki hər ikisi böyük sərmayə sərf ediblər. Onlar nəticədən çox infrastruktura yaxşı maliyyə sərf ediblər və futbolçular üçün çox yaxşı şərait yaradıblar. Ona görə də həm “Neftçi”, həm də “Sabah”ı avrokunoklarda görmək istəyərdim. Amma finala kimi gəlmişiksə, kuboku da götürmək istəyirik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right