Jorjinyo vidaya hazırlaşır Juninyonun yanına gedir

Jorjinyo mövsüm bitən kimi “Arsenl”dan ayrılacaq. İtaliya millisinin üzvü londonlularla çoxdan gözlənilən vidasını rəsmiləşdirəcək.

Newsport.az xəbər verir ki, yarımmüdafiəçi vətəni Braziliyada oynamağa qərar verib. Bütün karyerasını Avropada keçirmiş 33 yaşlı oyunçu “Flamenqo” ilə anlaşıb. Son 7 mövsümü İngiltərədə keçirən Jorjinyo “Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyonun komanda yoldaşı olacaq.

2023-cü ilin yanvarında 11,3 milyon avro qarşılığında “Çelsi”dən “Arsenal”a transfer olunmuş yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanının “Neom” klubu da maraqlanırdı. Lakin asiyalılarla danışıqlar dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right