Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Newsport.az-ın məlumatına görə, o, təsəlliverici görüşdə milli komandanın digər üzvü Turan Bayramovu məğlub edib.
Bu gün tatamiyə çıxan Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) əvvəlki raundlarda medal şanslarını itiriblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.