"Qəbələ” "Rəvan”la bərabərə qaldı YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, turun son oyunu Qəbələdə baş tutacaq.
 
Eyniadlı yerli komanda "Rəvan”ı qəbul edəcək. I dövrədə böyükhesablı qələbə qazanan (3:0) "qırmızı-qaralar” 5 oyunluq seriyanı qırmaq üçün meydana çıxacaq. Belə ki, Roman Qriqorçukun yetirmələri son 5 çempionat matçında qalib gələ bilməyib. Qəbələlilərin Premyer Liqada Liqada son zəfəri oktyabrın 17-də səfərdə "Neftçi" ilə oyuna təsadüf edir. Başqa sözlə, əyalət klubu 44 gündür 3 xala həsrətdir. Qələbə təqdirində "Qəbələ" turnir cədvəlində 2-ci sıraya yüksələcək, lider "Qarabağ"la fərqi 6 xala salacaq.
 
"Rəvan” isə ardıcıl qələbələrin davamını gətirməyə can atacaq. "Neftçi", sonra da "Zirə"ni məğlub edən Bəhmən Həsənovun yetirmələri səfərdə güclü rəqibinə qarşı ən azından xal qazanmağa ümid edir. Qələbə "aslanlar"ı 12 xala malik 3 komandaya - "Sumqayıt", "Xəzər Lənkəran" və AZAL-a 1 xallıq məsafəyə gəticəcək. Amma bu da var ki, "Rəvan” son 6 qarşılaşmada bu rəqibinə qalib gəlməyib. Ardıcıl 2 qələbə qazanan "Qəbələ” son iki ev matçında qol da buraxmayıb.
 
Azərbaycan Premyer Liqası
XIV tur
 
30 noyabr (bazar ertəsi)

17:00. "Qəbələ” – "Rəvan” 1-1

Qol: Tural Qürbətov, 66 (0:1), Pereyra, 90+5 (1:1)
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov 
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right