Tovuzlular azarkeşlərə, gəncəlilər skamyaya dəymiş zərərə görə cərimələndi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXXI turunun iki oyununda qeydə alınan neqativ hallarla bağlı qərarını açıqlayıb.

Newsport.az xəbər verir ki, “Turan Tovuz”la oyunda qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo 1 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması naxçıvanlıları daha 800 manat ziyana salıb. “Turan Tovuz” isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cərimələnib.

“Kəpəz”lə qarşılaşmada qırmızı vərəqə alan “Şamaxı”nın oyunçusu Maykl Tuik də qarşıdakı turu buraxacaq. Gəncəlilər isə 500 manat xərcə düşüb. “Kəpəz” tərəfindən ehtiyat skamyaya dəymiş zərər gəncəlilər tərəfindən ödəniləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right