2-ci liqada 3 oyun

Bu gün Azərbaycan 2-ci liqasında 22-ci tura yekun vurulacaq.

Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək.

"Araz-Saatlı" "Füzuli"ni qəbul edəcək. "Şimal" "Şəmkir"lə, "Kür-Araz" isə "Lerik"lə qarşılaşacaq.

Qeyd edək ki, “Şahdağ Qusar” və “Şəfa" artıq növbəti mövsüm üçün 1-ci liqaya vəsiqəni təmin ediblər.

23 aprel (çərşənbə)

17:00. “Araz Saatlı” – “Füzuli”

Hakimlər: Kamranbəy Rəhimov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Mahmud Bağırzadə

Saatlı OİK stadionu

“Şimal” – “Şəmkir”

Hakimlər: Əli Əliyev, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə

Siyəzən şəhər stadionu

17:00. “Kür-Araz” – “Lerik”

Hakimlər: Kamran Əliyev, Nurlan Əhmədzadə, Orxan İbişov, Şamil İmanzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

22 aprel (çərşənbə axşamı)

“Qusar” – “Haypers Quba” - 2:4 

“Dinamo” – “Şəki Siti” - 1:1

“Şəfa” – “Göygöl” - 6:0

“Şahdağ Qusar” – “Ağdaş” - 3:1





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right