“Qarabağ”ın qapıçısı Mateuş Koxalski qeyri-adi göstərici ilə Polşa mətbuatının diqqət mərkəzinə düşüb.
Newsport.az xəbər verir ki, polşalı qolkiperin komandası çempionluğun bir astanasındadır.
Onun formasını geyindiyi Ağdam klubu Azərbaycan çempionluğunu artıq növbəti turda rəsmiləşdirə bilər. Maraqlısı burasındadır ki, Koxalskinin mövsümün əvvəlində “Qarabağ”a keçməzdən əvvəl heyətində 4 oyuna çıxdığı “Stal” da Polşa çempionatında elitanı tərk etmək üzrədir. Bir sözlə, 24 yaşlı qolkiperin cari mövsüm şərəfini qoruduğu komandalardan biri yüksək liqanı tərk etməyə, digəri isə çempion olmağa çox yaxındır.
Qeyd edək ki, “Stal” hazırda Polşa Ekstraklasasında 28 oyundan sonra 24 xalla sonuncu pillədə qərarlaşır. “Qarabağ” isə sona 5 tur qalmış Azərbaycan Premyer Liqasında ən yaxın izləyicisini 15 xal qabaqlayır.