“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa məşqçilik karyerasını başa vurub.
Newsport.az Belarus mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis bundan sonra ekspert kimi fəaliyyət göstərəcək.
O, yerli bukmeker kontorlarından birində ekspert kimi fikirlərini bildirəcək. Bu isə o deməkdir ki, 2018-ci ildə məşqçiliyə başlayan Baqa ən azı yeni sərfəli təklif alana qədər məşqçi kimi çalışmayacaq.
Qeyd edək ki, Aleksey Baqa ilk iş yeri olan BATE-yə Belarus çempionluğunu qazandırıb, komandanı Avropa Liqasının 1/16 final mərhələsinə daşıyıb. O, həmçinin “Jalgiris”lə Litva çempionluğuna yiyələnib. Baqa 2021-ci ilin dekabrından 2022-ci ilin sentyabrına qədər “Sumqayıt”a rəhbərlik edib.