Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi” evdə "Qarabağ”ı 1:0 hesabıyla məğlub etdi.
Newsport.az saytının məlumatına görə, bununla Bakı təmsilçisi bu rəqibi ilə görüşlərdəki uğursuz seriyaya son qoyaraq 30 aydan sonra qələbə qazandı.
Xatırladaq ki, "ağ-qaralar” sonuncu dəfə 2013-cü il mayın 4-də "atlılar”ı üstələyə bilmişdi (2:1). Bu isə "Neftçi”nin son qələbəsində 939 günlük müddətin keçməsi deməkdir.
Bu oyundan hazırlanmış fotoreportajı sizə təqdim edirik: