"Qarabağ"ın oyununun biletləri satışa çıxarıldı

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması 23 aprel tarixində, saat saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right