Markoviç yığmamızı ciddi rəqib saymır

Ukrayna millisinin sabiq baş məşqçisi Miron Markeviç komandanın DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

Newsport.az xəbər verir ki, 74 yaşlı mütəxəssis yer aldıqları qrupda yalnız Fransanın daha güclü rəqib olduğunu düşünür.

Markeviç İslandiya və Azərbaycan millilərini özlərinə rəqib saymır: “Biz qrupda ən azı ikinci yeri tutmalıyıq. Pley-offda isə nələr baş verəcəyini bilmək olmaz. Aydındır ki, Fransa ciddi səviyyəyə malikdir, amma futbolda hər şey ola bilər. Gəlin, müsbət nəticəyə ümid edək. Ancaq digər rəqibləri qabaqlamağa borcluyuq”.

Qeyd edək ki, D qrupunda yer alan millimiz Ukrayna ilə oyunlarını sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right