Rəhman Hacıyev: “Uğursuzluqları şanssızlıqla əlaqələndirirəm”

"Bu oyuna 3 xal üçün çıxmışdıq. Sevinirəm ki, "Qarabağ” üzərində qələbə qazana bildik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Rəhman Hacıyev deyib.
 
Premyer Liqanın XIV turunda "Qarabağ”ı 1:0 hesabıyla məğlub edən "Neftçi” ardıcıl 2-ci qələbəsini qazandı. Matçda yeganə qolun müəllifi olan yarımmüdafiəçi oyundan sonra media nümayəndələrinə açıqlamalar verib:
 
"Çox sevinirəm ki, qələbə qolunu mən vurdum. Qolu mən vursam da, qələbə bütün komandaya aiddi. Yaxşı oyuna görə, bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Komandamızda heç nə dəyişməyib, sadəcə olaraq, daha çox əziyyət çəkib çalışırıq. Əvvəl də komandamızda heç bir problem yox idi. Uğursuzluqları şanssızlıqla əlaqələndirirəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Düşünürəm ki, bu gün işimizin öhdəsindən gəldik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right