Əsgər Abdullayev: “Bu komandanın mənə ehtiyacı varsa…”

"Qarabağ” güclü rəqibdir. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var. Biz bütün bunları bilirdik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.
 
Azərbaycan Premyer Liqasının XIV turu Azərbaycan derbisi ilə əlamətdar oldu. "Bakcell Arena”da "Qarabağ”ı  qəbul edən "Neftçi” 1-0 hesablı qələbə qazandı. Oyundan sonra paytaxt klubunun çalışdırıcısı qarşılaşmanı dəyərləndirib: "Matça gəldikdə, futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq”.

Abdullayev həmsoyadı Elşənin ikinci hissədə meydana çıxıb sonradan əvəzlənməsinə də aydınlıq gətirib: "Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı ona deyə bilərəm ki, gənc oyunçudu, istəklidi, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur. Onun qasıq nahiyyəsində müəyyən ağrıları var idi. Onu qorumaq istədim. Həm də futbol bicliyindən istifadə edib vaxtı öldermək lazım idi. Meydana daha ucaboy futbolçu buraxdım ki, hava mübarizələrində daha güclü olaq”.

Son olaraq isə Əsgər bəy "Neftçi”dəki gələcək taleyi barədə danışıb: "Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right