Çingiz Abdullayev: “Bizə deyirdilər heç 1 xal da yığa bilməyəcəksiz”

Premyer Liqasının XIV turunda "Neftçi” öz meydanında "Qarabağ”ı məğlub etdi.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu uzun fasilədən sonra Ağdam təmsilçisini üstələdi. 
 
Oyundan sonra "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev matçla bağlı fikirlərini açıqlayaraq jurnalistlərin sullarını cavablandırıb.
 
- Bir müddət əvvəl deyirdilər ki, oyanaya bilmirlər. Amma eyni futbolçular son iki oyunda nəticə qazandılar. Özü də yaxşı oyandılar. Bizə deyirdilər heç 1 xal da yığa bilməyəcəksiz. Amma həm Lənkəranda, həm də indi gözəl oyunla qələbə qazandıq. 
 
- Bu qələbələr, uğurlar sizin baş məçqçi postuna əcnəbi mütəxəssis dəvət etməklə bağlı fikrinizi dəyişmir?
- Hələ heç nə dəyişməyib, olduğu kimi qalır. Amma təbii ki, Əsgər müəllimin uğurları bizi sevindirir. Həm də o, "Neftçi”yə yad adam deyil. Baş məşqçi postundan ayrılacağı təqdirdə belə, "Neftçi”dən getməyəcək. O, "Neftçi”nin tarixində ən çox oyun keçirən iki futbolçudan biridir. Üstəlik, Müşahidə Şurasının üzvüdür. İlin axırına kimi baş məşqçi kimi işləyəcək.
 
- Bəs uğurlu nəticələr ard-arda gəlsə, onu baş məşqçi kimi saxlayacaqsız?
- Ümumiyyətlə, mən fikir dəyişməyi xoşlamıram. Bir tərəfdən xarici məşqçi istəyirik, bu bizim məqsədimizdir. Digər təərəfdən, Əsgər müəllimin nəticələri, tfu-tfu, göz dəyməsin, hələ ki çox yaxşıdır. Gəlin ilin axırına qədər gözləyək. 
 
- Lənkəranda qələbə qazanandan sonra səbəbləri demişdiz. Bəs bu dəfə səbəb nə idi?
- Biz 2 ildən çox idi "Qarabağ”ı udmurduq. Amma hesab edirəm ki, cari mövsüm ilk dövrədə də qalib gəlməli idik. Son dəqiqələrdə olmayan penalti verilməsəydi. Futbolçuların çoxu cavandı. Belə penaltilər olanda "sınırlar”. Biz də çalışırıq ki, hər halda özlərinə inamlarını qorusunlar. Biz 19-20 yaşlı uşaqların gələcəyinə inanırıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right