Vasili Berezutski: "Nəticələr olmadıqda mənim özüm üçün də bir yerdə qalmaq çətindir"

"Sabah" Misli Premyer Liqasının 31-ci turu çərçivəsində doğma meydanda "Səbail"i 3:2 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı ki, qalib gəldik. Xarakter göstərdik. Son dəqiqələrdə qol vurduq. Çoxdandır ki, bu bizdə çatışmırdı. Amma mənfi cəhət odur ki, iki qol buraxmışıq. Son matçlarda çox qol buraxırıq.

- Demək olar ki, bu dəqiqədən etibarən "Neftçi" ilə kubok oyununu düşünürsüz?

- Bəli, əlbəttə. Elə buna görə, bugünkü matçda çoxlu əvəzetmə etdik ki, futbolçular 90 dəqiqə oynamasın.

- Maqsud Adıgözəlov açıqlama vermişdi ki, kubokda finala çıxmasanız belə, sizi istefaya göndərməyəcəklər. Bəs, siz özünüz necə, finala vəsiqə qazana bilməsəz, istefa haqda düşünəcəksiz?

- Prinsipcə uğurlar və nəticələr olmadıqda mənim özüm üçün də bir yerdə qalmaq çətindir. Ancaq gələcəkdə nələrin necə olacağını bilmirəm. Amma vəziyyətə baxacağıq. İndi "Neftçi" ilə oyuna hazırlaşırıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right