"Sabah"ın futbolçusu mükafatlandırıldı

"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan Tellur Mütəllimov mükafatlandırılıb.

Newsport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

"Sabah" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XXXI turunun "Sabah" – "Səbail" görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right