"Sabah" "Səbail"i, "Qarabağ" "Neftçi"ni məğlub etdi Yenilənib

Misli Premyer Liqasında 31-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk matça "Sabah" və "Səbail" arasında keçirilib. Oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün Azərbaycan derbisi də olub. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Neftçi" ilə üz-üzə gəlib. Çempionluğun bir addımlığında olan “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə qarşılaşıb və 3 cavabsız qolla qalib gəlib.

Turun qalan oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası, 31-ci tur

19 aprel

17:30. “Sabah” - “Səbail” - 3:2 

Qollar: İnnosent Nşuti, 21 (0:1), Sofian Çakla, 31 (1:1), Süleyman Alluş, 74 (1:2), Dmitro Litvin, 82 - avtoqol (2:2), Coy-Lens Mikels, 90+3 (3:2)

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov

VAR: Rəşad Əhmədov

AVAR: Cəmil Quliyev

"Bank Respublika Arena"

20:00. “Qarabağ” - “Neftçi” 3:0

Qollar: Abdullah Zubir, 22, Yassin Benzia, 40 - pen., Nəriman Axundzadə, 41

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Namik Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right