Alman klubu Emreli ilə danışıqlara başladı

Almaniyanın “Nürnberq” klubu Azərbaycan milli komandasının üzvü olan hücumçusu Mahir Emreli ilə müqavilənin müddətini uzatmaq istəyir.

Newsport.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Klubun idman direktoru Joti Chatzialexiou məlumatı təsdiqləyib. 

Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə müqavilənin uzadılması üçün danışıqlar aparılır.

Ötən yay “Nürnberq”ə keçən azərbaycanlı futbolçunun müqaviləsinin müddəti bu yay başa çatır.

Xatırladaq ki, M.Emreli bu mövsüm 2-ci bundesliqada 19 oyuna 4 qol vurub, 1 qolun ötürməsini edib. O, daha bir dəfə isə Almaniya kubokunda rəqib qapısına yol tapıb.

Emreli ən son ötən həftə “Kayzerslautern”lə matçda (2:1) komandasının ikinci qolunun müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right