Yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşdi

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

Newsport.az xəbər verir ki, bu gün baş tutan oyunlardan sonra yarımfinalın bütün iştirakçıları bəlli olub.

"Fiorentina", "Betis", "Çelsi" və "Yurqorden" yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda "Fiorentina" "Betis"lə, "Çelsi" isə "Yurqorden" ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın ilk oyunları 1 may, cavab oyunları isə 8 may tarixində keçiriləcək.

UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları
17 aprel

"Fiorentina" (İtaliya) – "Sele" (Sloveniya) - 2:2
Qollar: Mandraqora, 37, Kean, 67 // Matko, 54, Nemanik, 66
(İlk oyun - 2:1)

"Yagelloniya" (Polşa) – "Betis" (İspaniya) - 1:1
Qollar: Çurlinov, 81 // Bakambu, 78
(İlk oyun - 0:2)

"Çelsi" (İngiltərə) – "Legiya" (Polşa) - 1:2
Qollar: Kukurella, 33, Pekhart, 10 (pen), Kapuadi, 53
(İlk oyun - 3:0)

"Rapid" (Avstriya) – "Yurqorden" (İsveç) - 1:4
Qollar: Yun, 42 45+1 (aq) // Danyelson, 42 (pen), Kosugi, 77, Qulliksen, 94, 105
Qırmızı vərəqə: Sanqare,7, Raux-Yao, 110
(İlk oyun - 1:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right