"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı Yenilənib

Bu gün Misli Premyer Liqasında 31-ci tura start verilib.

Newsport.az xəbər verir ki, bu gün 1 matç baş tutub.

"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hazırda turnir cədvəlində Naxçıvan klubu 52 xalla 3-cü, Tovuz təmsilçisi isə 47 xalla 4-cüdür.

Bu komandalar arasında əvvəlki 3 dövrənin matçlarında 2 dəfə "Araz-Naxçıvan" (2:1, 1:0), 1 dəfə isə "Turan Tovuz" qələbə (1:0) qazanıb. 

Misli Premyer Liqası, 31-ci tur

18 aprel

19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 1:1 (İkinci hissə)

Qollar: Faiq Hacıyev, 33 (0:1), İssuf Paro, 53 (1:1)

Qırmızı vərəqə: Vanderson Melo ("Araz-Naxçıvan")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

"Liv Bona Dea Arena"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right