Sadıqov: "Narahat olmayın, hər şey yaxşı olacaq"

"Ximki"nin azərbaycanlı biznesmen sahibi Tufan Sadıqov klubunda yaranan propblemlərdən söz açıb.

Newsport.az xəbər verir ki, "Sport-Ekspress"ə verdiyi müsahibədə bildirib ki, Moskvaətrafı klub üzərində həddindən artıq mənfi təzyiq var.

- Sizcə niyə məhz «Ximki»yə bu qədər diqqət ayrılıb?

- Mən hesab edirəm ki, "Ximki" indiki mətbuat təzyiqinə layiq deyil. Vaxtilə çoxlu komandalar müflis olub, fəaliyyətini dayandırıb, öhdəliklərini yerinə yetirməyib. Biz isə hələlik öz öhdəliklərimizi yerinə yetiririk. Niyə hamı məhz "Ximki"dən danışır, bilmirəm. Bəlkə də səbəb paytaxta yaxın olmasıdır. Narahat olmayın, hər şey yaxşı olacaq.

Xatırladaq ki, aprelin 15-i klub baş məşqçi Frank Artiqanın istefasını elan etdi. Bundan sonra komandanın əsas heyət futbolçularının 25-ci turda "Zenit"ə qarşı keçirilməli olan oyunu (20 aprel) boykot edə biləcəyi haqda məlumatlar yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right