“Qarabağ”ın sabiq futbolçusu B Seriyasında

Qarabağ”ın sabiq qapıçısı Vaqner Silva özünə yeni komanda tapıb.

Newsport.az xəbər verir ki, 38 yaşlı futbolçu karyerasını vətəni Braziliyada davam etdirəcək.

O, bu ölkənin B Seriyası təmsilçisi “Operario Ferroviario” klubu ilə müqavilə imzalayıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Vaqner Silva 2018/19 mövsümündə “Qarabağ”da oynayıb. O, sonra karyerasını müvafiq olaraq “Nasional” və “Torreense”də (hər ikisi Portuqaliya) davam etdirib. Vaqner 2024-cü ilin yayından klubsuz idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right