“Qarabağ” ev oyunlarının "Azərsun Arena"da keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib

“Qarabağ” ev oyunlarının "Azərsun Arena"da keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib.

“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb.

Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” ev oyunlarını “Azersun Arena”da keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right