AFFA "Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırıb

AFFA "Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırıb.

Newsport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Gəncə klubu 500 manat cərimələnib.

“Neftçi” – “Zirə” oyununda isə azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” 2000 manat ziyana düşüb. Həmçinin "ağ-qaralar"ın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

İntizam Komitəsi "Şamaxı"nın fotoqrafını da cəzalandırıb. Buna klub əməkdaşının "Sumqayıt"la matçda zonalar üzrə qaydanı pozması səbəb olub. "Sumqayıt” fotoqrafın hərəkətinə görə 500 manat cərimə ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right