“Qarabağ”ın U-17 komandasının baş məşqçisi 5 oyunluq diskvalifikasiya olunub

“Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya olunub.

Newsport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

R.Sadiqovun cəzalandırılmasına AFFA U-17 Liqasında keçirilən “Zirə” ilə matçın 78-ci dəqiqəsində rəqibi təhqir etməsi səbəb olub. Baş məşqçi bu hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

AFFA U-13 Liqasında iştirak edən “Şirvansaray”ın baş məşqçisi Azər Nəsirov da 5 oyunluq cəzaya məruz qalıb. Buna məşqçinin “Nabran”la qarşılaşmanın 45-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etməsi səbəb olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right