Bu gün Azərbaycanın U-17 millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.
Newsport.az xəbər verir ki, Aqil Nəbiyevin başçılıq etdiyi yığmamız Gürcüstanla qarşılaşıb.
Görüş Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda keçirilib. Matçda Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Qeyd edək ki, Azərbaycan U-17 millisi ilk oyununda Moldovaya 0:1 hesabı ilə uduzub. Komanda 3-cü - sonuncu matçında Estoniya ilə üz-üzə gələcək (19 aprel).
Millimizin start heyəti: 12. Nurəziz Əzizov, 4. Rəşad Gülüşov (k), 15. Uğur Qurbanlı, 20. Kamil Həsənov, 2. İsmayıl Səfərli, 19. Amin Rzayev, 17. Allahverdi Şirinov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 11. Pünhan Kərimov.
12:00. Azərbaycan U-17 - Gürcüstan U-17 - 1:0
Qol: Pünhan Kərimov, 10

