Azərbaycan Premyer Liqasının XIV turunda doğma meydanında "Qarabağ”ı qəbul edəcək "Neftçi”nin heyətində ciddi itkilər var.
Newsport.az-ın məlumatına görə, komandanın əsas forvardı Anyete zədə səbəbindən "Qarabağ”la matçda iştirak etməyəcək. Anyetedən başqa Mədsəd İsayev də zədəlidir. Türkiyədə əməliyyat olunan futbolçu yalnız 10-gündən sonra komandaya kömək edə biləcək.
Qeyd edək ki, "Neftçi” – "Qarabağ” oyunu bu gün keçiriləcək. Matç 17:00-da "Bakcell Arena”da baş tutacaq.