“Atletiko” yarımmüdafiəçisi Koke ilə yeni müqavilə imzalamağı planlaşdırır. Newsport.az xəbər verir ki, yeni sözləşmə 2026-cı ilin yayına qədər nəzərdə tutulur.
33 yaşlı orta sahə oyunçusunun hazırkı anlaşması cari mövsümün sonuna qədərdi. “Atletiko”nun yetirməsi olan Koke 2011-ci ilin əvvəlindən əsas komandada çıxış edir. Bu müddət ərzində o, “matrasçılar”ın heyətində 673 oyuna çıxıb, 48 qol vurub, 119 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Atletiko” İspaniya La Liqasında cari mövsüm 30 oyunda 60 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.