Rusiya klubunun hücumçusu: "Təbii ki, Azərbaycanla bağlılığımı hiss edirəm"

Rusiyanın “Ximki” klubunun hücumçusu İlya Sadıqov əslən Azərbaycandan olmasından danışıb.

Newsport.az xəbər verir ki, klubun rəsmi saytına danışan Sadıqov bunları bildirib:

"Tarixi vətənim Azərbaycanla bağlılıq hiss edirəmmi? Əlbəttə ki, bəli. Orada çox olmamışam, bəlkə də 2-3 dəfə. Amma öz kökündən uzaqlaşa bilmirsən. Mən yarı rus, yarı azərbaycanlıyam. Dili bir az bilirəm, türkcəni də başa düşürəm, amma yaxşı danışmıram. Gec-tez Azərbaycan dilində öyrənmək istəyirəm".

İlya Sadıqovun 2021-ci il iyulun 1-dən “Ximki”də çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right