I Liqada çıxış edən "Baku Sportinq"də yeni müqavilə imzalanıb. Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Elman Sultanovla uzunmüddətli müqaviləyə qol çəkilib. Yeni anlaşmanın müddəti 2030-cu ilin may ayına qədərdi.
Sultanovun köməkçiləri ilə də həmin müddətə yeni müqavilələr imzalanıb.
Qeyd edək ki, "Baku Sportinq" hazırda I Liqada 5-ci yerdə qərarlaşıb.