Azərbaycan Premyer Liqasının XIV turunda "Xəzər Lənkəran” səfərdə "Zirə”yə minimal hesabla uduzdu.
Newsport.az-ın məlumatına görə, bununla cənub təmsilçisi baş məşqçisi Yunis Hüseynovun yebileyini korladı.
Belə ki, 50 yaşlı mütəxəssis ölkə çempionatında baş məşqçi kimi 200-cü matçına çıxmışdı. 11 illik məşqçilik karyerasında 3 klubda çalışmış Hüseynov həm də yibiley məğlubiyyətinə üzülüb.
O, 2004-cü ildə, həmin vaxt yeni yaranmış "Karvan”ın "sükanı arxasına” keçib, Yevlax təmsilçisini uzun müddət çalışdıran Hüseynovun məşqçi kimi uğurları də bu komandayla bağlıdı. 2004-cü il avqustun 7-də "Karat”la səfər qarşılaşmasında Yunis bəyin çempionatdakı məşqçi debütü reaalşıb. Çalışdırıcı "Karvan”ı debüt etdiyi 2004/05 mövsümündə bürünc medallara daşıyıb. 2005/06 mövsümündə isə gümüş medallar əldə olunub.
2007-ci ilin yayında 3 il çalışdırdığı komandadan ayrılan Hüseynov elitaya yeni yüksələn "Standard”ın başına keçib. Lakin 13 oyunluq I dövrənin ardından yenidən Yevlaxa qayıdıb. O, postunu sabiq köməkçisi Təbriz Həsənovdan alaraq, 2007/08 mövsümünü də başa vurub. Növbəti iki mövsümdə də "Karvan”da çalışan mütəxəssis komandasının aşağı dəstəyə düşdüyü 2010-cu ildə Yevlax təmsilçisindən ayrılıb. O, sona 2 tur qalmış, komandasının aşağı dəstəyə yuvarlanmasını görmədən bu addımı atıb. Bununla, onun klubdakı 3 hissədə 152 çempionat oyunundan ibarət karyerası bitib. Hüseynov "Karvan”ın 168 qarşılaşmasından yalnız 16-da komandaya rəhbərlik etməyib.
2012-ci ilin martında özünün 3-cü klubu – "Xəzər Lənkəran”a baş məşqçi təyin olunan mütəxəssis "Karvan”da olduğu kimi burada da 3 müxtəlif dövrdə çalışıb. 2012-ci ilin martında cənub təmsilçisində debüt edən çalışdırıcı 2011/12 mövsümünün sonu və 2012/13 mövsümünün startında ardıcıl 19 görüşdə komandaya rəhbərlik edib. Bundan sonra postunu tərk edən Hüseynov ötən mövsümün gedişində qısa müddətdə komandaya rəhbərlik edib. Həmin vaxt 2 oyunda baş məşqçi vəzifəsini icra edən çalışdırıcı bu ilin yayında yenidən "Xəzər Lənkəran”ın "sükanı arxasına” keçərək, yetirmələrini artlq 14 matça çıxarıb.
Maraqlıdır ki, 200-cü yubiley oyununda Yunis Hüseynov yubiley məğlubiyyətini alıb. "Zirə”yə yenilgi onun üçün milli çempionatlarımız əzində 70-ci uğursuz oyun olub.