"Kəpəz" "Araz-Naxçıvan"la bərabərə qaldı, "Neftçi" "Zirə"yə uduzdu Yenilənib

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub. 

Newsport.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib. 

Günün ilk qarşılaşmasında “Kəpəz” Tovuzda “Araz-Naxçıvan”ı sınağa çəkib. Görüş qolsuz bərabərliklə başa çatıb. 

Beləliklə, "Kəpəz" 28 xalla 9-cu, "Araz-Naxçıvan" isə 52 xalla 3-cü yerdədir. 

Turun son matçında isə “Neftçi” öz meydanında “Zirə”ni sınağa çəkib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. 

"Ağ-qaralar" turnir cədvəlində 35 xalla 6-cı, Zirə təmsilçisi isə 58 xalla 2-ci yerdə qərarlaşıb.  

Misli Premyer Liqası, 30-cu tur

13 aprel

19:15. “Neftçi” - “Zirə” - 2:4 

Qollar: Filip Ozobiç, 9 (1:0), Edvin Kuç, 23 (2:0), Rafael Utziq, 43 - pen. (2:1), Davit Volkov, 61 (2:2), Rafael Utziq, 75 - pen. (2:3), Ceyhun Nuriyev, 77 (2:4)
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Neftçi Arena”.

17:00. “Kəpəz” - “Araz-Naxçıvan” - 0:0 
Hakimlər:
 Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right