"Turan Tovuz" "Sabah"ı, "Şamaxı" "Sumqayıt"ı məğlub etdi Yenilənib

Misli Premyer Liqasında 30-cu tur davam edir.

Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç 1-i keçirilib.

Əvvəlcə "Turan Tovuz" "Sabah"ı qəbul edib. Görüş tovuzluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Turan Tovuz" turnir cədvəlində 47 xalla 4-cü, "Sabah" isə 36 xalla 5-ci yerdə qərarlaşıb. 

Günün digər matçında "Sumqayıt" "Şamaxı" ilə qarşılaşıb. Bu görüş isə meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Beləliklə, "Şamaxı" 31 xalla 7-ci yerə yüksəlib, "Sumayıt" isə 29 xalla 8-ci pillədə qərarlaşıb. 

Misli Premyer Liqası, 30-cu tur

12 aprel

19:15. “Sumqayıt” – “Şamaxı” - 1:2 

Qollar: Roi Kehat, 9 (1:0), Maykl Tuik, 57 (1:1), Alfons Msanqa, 60 (1:2)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Turan Tovuz” – “Sabah” - 2:1 

Qollar: Anatoli Nuriyev, 14 (0:1), Ayxan Hüseynov, 56 (1:1), Joarlem Santos, 57 (2:1)

Qırmızı vərəqə: Pavol Şafranko, 45+1 ("Sabah")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right