Əvəzedicilərin yarışında XIV turun daha bir oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, "Qarabağ" "Neftçi"nin qonağı olub. Qarşılaşma "Qaarabağ"ın əsas komandasının üzvü Namiq Ələsgərovun qol vurması ilə yadda qalıb. Uzun müddətdir zədəli olan futbolçu əvəzedici komandada oynamaqla əvvəlki formasını bərpa etməyə çalışır.
Qeyd edək ki, Ələsgərov AVRO 2016-nın seçmə mərhələsi çərçivəsində Malta iləmatçda zədələnmişdi. O, təxminən 6 aylıq ərpa prosesindən sonra "İnter"lə yoxlama oyununda "Qarabağ"ın əsas komandasında forma geyinmişdi.
"Neftçi” 1-3 "Qarabağ”
Qollar: Mirabdulla Abbasov, 53 // Elmir Namazov, 22; Namiq Ələsgərov, 41; Məhəmməd Məhəmmədov, 79.