Azərbaycan Premyer Liqasının XIV turunda "Sumqayıt” AZAL-ın qonağı olub.
Newsport.az-ın məlumatına görə, qarşılaşma AZAl-ın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra keçirilən mətbuat kondransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov qarşılaşmaya belə şərh verib:
Çox danışmaq istəmirəm, çünki danışılası bir şey yoxdur. Düşündüklərimizi oyun vaxtı həyata keçirə bilmədik. Etdiklərimiz bizə qarşı işləyirdi. AZAL-ı təbrik edirəm, mübarizə aparıb, qalib gəldilər. Ruslan Nəsirlinin oyundan sonra mənə yaxınlaşdığını görmədim. Əgər nə isə olubsa, bunu bağışlamaq olar. Gənc furbolçudur, öz qolunu vurdu, ona halal olsun. Qapıçı məsələsinə gəlincə isə buna baxacağıq.