Azərbaycan Premyer Liqasının XIV turunda "Zirə” evdə "Xəzər Lənkəran” 1:0 hesabıyla məğlub etdi.
Newsport.az-ın məlumatına görə,"Qartallar” evdə ardıcıl 2-ci qələbəsini qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəldi.
Oyundan sonra paytaxt klubunun baş məşqçisi Adil Şükürov matçı belə dəyərləndirib: "Çətin bir oyunda qələbə qazandıq. Buna görə çox şadam. Futbolda daim qələbə qazanılması mümkün deyil. "Rəvan”a məğlubiyyətdən sonra bilirdik ki, çətin bir görüşə çıxırıq. Sevinirəm ki, psixoloji gərginliyi aradan qaldırıb, qələbə qazandıq”.