Azərbaycan 1-ci liqasında “Ayın qolu” layihəsi çərçivəsində MOİK-in futbolçusu Ramil Orucov mükafatlandırılıb.
Newsport.az xəbər verir ki, fevral ayının ən yaxşı qolunun müəllifinə mükafat 21-ci turun Binə qəsəbə stadionunda MOİK - “Cəbrayıl” qarşılaşmasından əvvəl təqdim edilib.
Ramil Orucovu Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev mükafatlandırıb.