AFFA Elvin Camalova görə araşdırmaya başladı

AFFA “Sabah”ın sabiq futbolçusu və kapitanı Elvin Camalovla bağlı araşdırmaya başlayıb.
 
Bu barədə Newsport.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib: 
 
“Sabah” Fubol Klubundan bizə rəsmi məktub daxil olub. Məsələ ilə bağlı aidiyyatı komitələr tərəfindən araşdırma başlanılıb”.
 
Qeyd edək ki, “Sabah” klubu Elvin Camalovun onların futbolçusu Cesse Sekidika ilə danışıqlarını qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right