"Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik, nəticəyə görə təəssüflənirik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Zirə” ilə qarşılaşan "Xəzər Lənkəran” minimal hesabla məğlub oldu. Ardıcıl 3-cü yenilgisini alan cənubluların çalışdırıcısı oyundan sonra matçı belə dəyərlənidirib: "Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq. Mən əvəzedici heyətdə 90 dəqiqə meydançada olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim”.
Y.Hüseynov hakimlikdən çox narazı qaldığını da gizlətməyib: "Artıq Premyer Liqada 14-cü tur geridə qalır. İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydançada özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi”.