"İstəyirəm ki, dekabra kimi "Xəzər Lənkəran”da qalım. Bundan sonra nələrisə düşünmək lazımdı”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib.
"Xəzər Lənkəran”dan ayrılması gündəmdə olan kapitan durumu belə dəyərlənsirib: "Hansı kluba gedəcəm, nələr baş verəcək, bilmirəm. Hələ ki, heç bir klubla danışmamışam. Çox güman ki, qışda ayrılacam”.
"Xəzər Lənkəran”ın kapitanı adının "Qəbələ” ilə hallanmasına belə cavab verib: "Bu haqda heç bir məlumatım yoxdu. Bu xəbəri də təzəlikcə eşitmişəm. Hələlik dekabr ayına kimi burdayam”.