“Qarabağ” bütün oyunlarda uduzsa…

“Qarabağ”ın 2025-2026 mövsümündə də Azərbaycanı avrokuboklarda təmsil edəcəyi dəqiqdir.

Newsport.az saytının məlumatına görə, Misli Premyer Liqasında sona 7 tur qalsa da, Ağdam klubu mövsümü ilk “üçlük”də bitirməyi təmin edib.

Hazırda aktivindəki 70 xalla çempionata liderlik edən Qurban Qurbanovun yetirmələri 4-cü pillədəki “Turan Tovuz”u 26 xal qabaqlayır. Tovuzlular son 7 turda qələbələri, ağdamlılar isə məğlubiyyətləri sıralasa, qərb komandası mövsümü “Qarabağ”dan 5 xal az toplamaqla tamamlayacaq.

Bir sözlə, “Qarabağ” növbəti dəfə medalçılardan biri olmağı, həmçinin ən pis halda UEFA Konfrans Liqasında iştirakı təmin edib. Ağdamlılar 12-ci çempionluğunu rəsmiləşdirmək üçün isə ən azı 2 tur gözləməli olacaq.

Qeyd edək ki, “Qarabağ” ikinci pillədə qərarlaşan “Zirə”dən 15 xal öndədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right