Azərbaycan çempionatlarında “Ayın qolu” layihəsi üzrə martın qalibləri müəyyənləşib.
Newsport.az xəbər verir ki, PFL-in xüsusi münsiflər heyəti Misli Premyer Liqası, I Liqa və II Liqada ən yaxşıları seçib.
Premyer Liqada Tellur Mütəllimov fərqlənib. “Sabah”ıın üzvünün qolu 6 səslə ən yaxşı adına layiq görülüb. “Səbail”li Rüfət Abdullazadə 3, “Araz-Naxçıvan”lı Bernardo Dias 2 səs toplayıb.
Bundan başqa, I Liqada Pablo Alveş, II Liqada isə Rəvan Quluzadə qalib olub.