Futbol üzrə Azərbaycan 2-ci Liqasında 20-ci tura start verilib.
Newsport.az xəbər verir ki, bu gün lider "Şahdağ Qusar" və "Şəfa" qələbə qazanaraq mövsümün bitməsinə 6 tur qalmış 1-ci Liqaya vəsiqəni təmin edib.
2-ci Liqada ilk üç yeri tutan komandalar 1-ci Liqaya yüksəlir. Xallarını 58-ə yüksəldən qusarlılar 4-cü pillədəki "Haypers Quba"nı 22 xal qabaqlayır. 55 xalı olan "Şəfa" isə 4-cü yerdən 19 xal öndədir.
"Qusar" - "Lerik" 3:2
Qollar: M.Rzayev, 47, M.Xəlilov, 84, F.Ağalarov, 90+2 - P.Ağazadə, 15, R.Quluzadə, 17
"Şəfa" - "Şəki Siti" 6:0
Qollar: A.Yunanov, 41, 52, 56, 80, 84, E.Nəsibov, 83
"Şahdağ Qusar" - "Haypers Quba" 2:1
Qollar: T.Qurbatov, 19, V.Hüseynov, 90+5 - C.İmamverdiyev, 36