17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Newsport.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.
U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:
-
Rauf Əyyubov – Sabah
-
Nurəziz Əzizov – Neftçi
-
Kamil Həsənov – Marset (İspaniya)
-
Rəşad Gülüşov – Vətən
-
Uğur Qurbanlı – Qarabağ
-
Toğrul Mehdizadə – Vətən
-
Səttar Tahirzadə – Marset (İspaniya)
-
Muhamməd Çodarov – Marset (İspaniya)
-
İsmayıl Səfərli – Neftçi
-
Amin Rzayev – Qarabağ
-
Sahib Xəlilli – Neftçi
-
Allahverdi Şirinov – Qəbələ
-
Nihad Cəfərzadə – Sabah
-
Ramin Abiyev – Neftçi
-
Sübhan Rzayev – Qəbələ
-
Nihad Hüseynzadə – Sabah
-
Adnan Bunyatov – Marset (İspaniya)
-
Əli Bəşirov – Qarabağ
-
Onur Əliyev – Qarabağ
-
Samir Şərifov – Vətən
-
Pünhan Kərimov – Marset (İspaniya)
-
Nicat Kərimov – Vətən
14 aprel
15:30. Moldova – Azərbaycan
“Zimbru” stadionu
16 aprel
12:00. Azərbaycan – Gürcüstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
19 aprel
12:00. Estoniya – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.