Emreli “Kayzerslautern”lə oyuna start heyətdə çıxa bilər

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli çıxış etdiyi “Nürnberq” klubunda əvvəlki mövqeyini qaytarmaq üzrədi. Newsport.az xəbər verir ki, söhbət onun oyunlara ilk “11-lik”də çıxmasından gedir.

Emreli uzun müddətdi ki, II Bundesliqa təmsilçisinin start heyətində yer almır, ən yaxşı halda sonradan meydana daxil olur. Lakin 29-cu turda “Kayzerslautern”lə baş tutacaq səfər matçına 27 yaşlı forvardın ilk “11-lik”də çıxacağı gözlənilir.

Belə ki, Mahirin əsas heyətə düşmək uğrunda mübarizə apardığı Stefanos Tsimas və Yanis Antistanın növbəti oynu buraxacağı dəqiqləşib. Tzimas hazırda zədədən əziyyət çəkir, Antista isə cəzalı olduğu üçün bu görüşdə komandasına kömək edə bilməyəcək. Bu məqamlar Emrelinin “Kayzerslautern”lə qarşılaşmada ilk dəqiqələrdən meydanda olmaq ehtimalını xeyli artırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right