AFFA hakimi təhqir edən baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA U-11 Liqasında hakimi təhqir edən “World Stars FA” komandasının baş məşqçisi Çıraq Behbudov 5 oyunluq diskvalifikasiya edilib.

Newsport.az-ın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis İCBFA – “World Stars FA” görüşünün 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.

AFFA Region Liqasında keçirilən “Masallı” - “Salyan” matçında isə qonaq komandanın üzvü Kamran Kərimov 56-cı dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 4 oyunluq diskvalifikasiya olunub.

AFFA Region Liqasında keçirilən “Göyəzən” - “Veteran Tankçılar Gəncə” matçının 85-ci dəqiqəsində qonaq komandanın üzvü Hüseyn Quliyev hakimləri təhqir edib. Qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futbolçu 4 oyunluq cəza ilə üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right